RU

Abbar Əraqçi: İranda sabitlik bərpa olunub

Newscenter.az saytına istinadən ain.az xəbər verir.

İran hakimiyyəti ölkədəki vəziyyəti tam nəzarətdə saxlayıb və İslam Respublikasında sakitlik bərpa olunub. Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib."İndi sakitlikdir. Hər şey nəzarətimizdədir və ümid edək ki, müdriklik qalib gələcək. Hamı üçün fəlakətli olacaq yüksək gərginlikli bir vəziyyətə düşməyəcəyik", - deyə o, Fox News-a verdiyi müsahibədə deyib.Qeyd edək ki, İranda iğtişaşlar dekabrın 29-da İran rialının kəskin şəkildə dəyərdən düşməsi ilə start götürən küçə etirazlarından sonra başladı və əksər böyük şəhərlərə yayıldı. Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib. Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri nümayişçilər arasında silahlı terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşlara görə İsrail və ABŞ-ı günahlandırıb. Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
1
newscenter.az

2Источники