RU

İranlılar Estoniyada aksiya keçirəcəklər

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Estoniyada yaşayan iranlılar yanvarın 15-də, saat 15:00–17:00-da Tallindəki ABŞ səfirliyinin binası qarşısında İran xalqının kütləvi aksiyalarına dəstək olmaq məqsədilə mitinq keçirəcəklər.

Reyting.az Estoniya KİV-lərinə istinadla bildirir ki, aksiyanın əsas məqsədi İranda baş verən zorakılıq və rabitə kanallarının bloklanmasına diqqət çəkməkdir.

Eyni zamanda, təhlükəsizlik səbəbindən mitinqdə iştirak edən iştirakçıların üzlərinin çəkilməməsi xahiş olunub.

Aksiya zamanı İrandakı xalq qiyamı ilə bağlı iki bəyanatın səsləndiriləcəyi bildirilir.

Estoniyanın Xarici işlər naziri Marqus Tsaxkna deyib ki, Estoniya dövləti İran xalqının azadlıq və ləyaqətli tələblərini dəstəkləyir.

Onun sözlərinə görə, Avropa İttifaqı İran İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımalı, eyni zamanda bu təşkilatda fəaliyyət göstərən bütün məsul şəxslərə qarşı sanksiyaları sərtləşdirməlidir.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
118
reyting.az

1Источники