Bakı. Trend:
Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol klubunun prezidentiƏnmar Əl-Xayli hələ də Lionel Messi ilə müqavilə imzalamaqarzusunda olduğunu açıqlayıb.
Trend xəbər verirki, o, 2023-cü ildə Messinin PSJ-dən ayrıldıqdan sonra hazırda“İnter Mayami”nin formasını geyinən hücumçuya edilən təklifixatırladıb.
Əl-Xaylinin sözlərinə görə, o zaman Messiyə 1,4 milyard avroməbləğində təklif irəli sürülüb. “Mən Messiyə 1,4 milyard avrotəklif etdim. O, ailəsini inandırmasına baxmayaraq, ailəsininxatirinə belə yüksək təklifi rədd etdi”, – deyə klub prezidentibildirib.
O əlavə edib ki, hazırda da Messi üçün istədiyi qədər qazancəldə edə biləcəyi, müddəti hətta ömürlük ola bilən müqavilə təklifetməyə hazırdır: “İstədiyi müddətə, hətta ömürlük müqavilə təklifedərdim. Matçlar başlamazdan əvvəl belə çempionluğu qeyd edərdik,çünki futbol tarixinin ən yaxşı oyunçusuna sahib olardıq”.