RU

Almaniyada səhvən məhkum edilmiş şəxsə təzminat qismində bir milyondan çox avro ödəniləcək

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Almaniyanın Bavariya regionunun hökuməti məhkəmə orqanlarının xətası ucbatından 13 il həbsxanada qalan Manfred Genditskiyə kompensasiya olaraq 1.31 milyon avro ödəyəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Bavariyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, Genditski 2009-cu ildə təsərrüfat işlərində kömək etdiyi yaşlı qadını öldürməkdə şübhəli bilinərək saxlanılmışdı.

Məhkəmə onu təqsirli bilmiş və 2012-ci ildə ömürlük həbs cəzasına məhkum etmişdi. Eyni zamanda müdafiə tərəfi qadının bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən öldüyünü israr edirdi.

Sonradan keçirilən ekspertiza vəkillərin versiyasını təsdiqləyib. Bunun sayəsində 2023-cü ildə yeni prosesin başlanmasına qərar verilib. 13 illik həbsdən sonra Genditski azadlığa çıxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
67
oxu.az

1Источники