RU

ABŞ dən 75 ölkəyə viza qadağası Siyahıda Azərbaycan da var

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tramp administrasiyası 75 ölkədən olan şəxslər üçün immiqrant vizalarının verilməsini qeyri-müəyyən müddətə dayandırıb.

Yeniavaz.com “The Guardian”a istinadla xəbər verir ki, bu addım ABŞ-yə qanuni yollarla immiqrasiyanı məhdudlaşdırmaq istiqamətində indiyədək atılmış ən genişmiqyaslı tədbirlərdən biri sayılır.

“Yanvarın 21-dən qüvvəyə minəcək bu qərar, rəsmilərin “ictimai yük” ola biləcəyini düşündüyü şəxsləri — yəni əsas ehtiyaclarını ödəmək üçün dövlət sosial yardımlarına ehtiyac duyan müraciətçiləri hədəf alır”, - nəşr yazır.

Qeyd edək ki, sözügedən ölkələrin sırasında Azərbaycan da var.

Həmin siyahını təqdim edirik:

Əfqanıstan

Albaniya

Əlcəzair

Antiqua və Barbuda

Ermənistan

Azərbaycan

Baham adaları

Banqladeş

Barbados

Belarus

Beliz

Butan

Bosniya və Herseqovina

Braziliya

Myanma

Kamboca

Kamerun

Kabo-Verde

Kolumbiya

Kot-d'İvuar

Kuba

Konqo Demokratik Respublikası

Dominika

Misir

Eritreya

Efiopiya

Fici

Qambiya

Gürcüstan

Qana

Qrenada

Qvatemala

Qvineya

Haiti

İran

İraq

Yamayka

İordaniya

Qazaxıstan

Kosovo

Küveyt

Qırğızıstan

Laos

Livan

Liberiya

Liviya

Şimali Makedoniya

Moldova

Monqolustan

Monteneqro

Mərakeş

Nepal

Nikaraqua

Nigeriya

Pakistan

Konqo Respublikası

Rusiya

Ruanda

Sent-Kits və Nevis

Sent-Lüsiya

Sent Vinsent və Qrenadinlər

Seneqal

Sierra Leone

Somali

Cənubi Sudan

Sudan

Suriya

Tanzaniya

Tayland

Toqo

Tunis

Uqanda

Uruqvay

Özbəkistan

Yəmən

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
yeniavaz.com

1Источники