Fransız oxucular arasında paradoks hər ötən gün güclənir. Bakıvaxtı.az "LeFigaro.fr"ə istinadən xəbər verir ki, bir tərəfdən, fransızlar xəbərlərə həmişəki kimi həvəslə yanaşırlar, digər tərəfdən, onlar tez-tez bütün kanallar vasitəsilə onlara zorla tətbiq edilən məlumat bolluğundan sarsılırlar. “Médias en Seine” festivalında dərc olunan "La Croix-Verian-La Poste Barometer" jurnalının 39-cu sayına görə, fransızların 71%-i xəbərləri böyük maraqla izləyir, 47% isə oxuduqdan sonra yorğunluq hissi keçirir və ya xəbər oxumaqdan imtina etmək fikrinə düşür.
Ümumilikdə, 1500 nəfərin iştirak etdiyi bu onlayn sorğu göstərir ki, “La Croix-Verian-La Poste” Barometrinin 39-cu sayına görə, respondentlərin 28%-i süni intellekt çatbotlarının xəbərləri izləmək üçün etibarlı olduğuna inanır. Bu da o deməkdir ki, hər on fransızdan biri xəbərlərini gündəlik “ChatGPT” vasitəsilə alır.
Aydın Baxış