RU

25 yaşlı gənc dəm qazından öldü

Bakıda daha bir nəfər dəm qazından boğulub.

Milli.Az xəbər verir ki, hadisə Yasamal rayonu Süleyman Tağızadə küçəsində baş verib.

2001-ci il təvəllüdlü Rüstəm Şabanli oğlu İsmayılov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Избранный
45
8
milli.az

10Источники