
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriqes ABŞ Prezidenti Donald Trampla telefonda danışıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Telegram” kanalında məlumat yayıb.
Rodriqesin sözlərinə görə, onlar ikitərəfli münasibətlərdəki həll olunmamış məsələləri müzakirə ediblər.
O, bildirib ki, qarşılıqlı hörmət atmosferində keçən söhbət uzun və məhsuldar olub.
“Xalqlarımızın maraqları naminə ikitərəfli iş gündəliyini, eləcə də hökumətlərimiz arasındakı münasibətlərdə həll olunmamış məsələləri müzakirə etdik”, - deyə Rodriqes yazıb.