RU

​Osimen ölkəsinə kömək edə bilmədi

Futbol azarkeşlərinin maraqla iazlədiyi Afrika Millətlər Kubokunda yarımfinal oyunları keçirilib.
Metbuat.az xəbər verir ki, ilk yarımfinal matçında Seneqal ilə Misir millisi qarşılaşıb.Muhammed Salahın komandası Seneqalın müqavimətini qıra bilməyib. Rəqibi 1:0 hesabı ilə məğlub edən Seneqal yığması adını finala yazdıran ilk ölkə olub. Qarşılaşmada zəif oyun nümayiş etdirən və rəqib futbolçularla tez-tez konfliktə girən Salah futbol mütəxəssisləri tərəfindən sərt tənqid olunub. “Qalatasaray”ın formasını geyinən Viktor Osimenin ölkəsi də yarımfinalda uduzub. Nigeriya - Mərakeş qarşılaşmasının qalibi penaltilərdə müəyyənləşib. Mərakeş millisi 4:2 hesablı qələbə ilə finala yüksəlib. Nigeriyanın ulduzu Viktor Osimen bu vacib matçtda komandasına kömək edə bilməyib.

Final oyunu yanvarın 18-də Mərakeş və Seneqal yığmaları arasında keçiriləcək.

Избранный
92
metbuat.az

1Источники