RU

Xırdalanda 1 yaşlı körpə öldü Yenilənib

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Xırdalanda 1 yaşlı körpə ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə ötən gün Xırdalan şəhəri Abşeron Gənclər şəhərciyində qeydə alınıb.

2025-ci il təvəllüdlü Arif Osmanzadənin inkişafdan qaldığı üçün öldüyü bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.

***

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 14-ü saat 07:50 radələrində Abşeron rayonu, Xırdalan şəhərindən təcili çağırış qeydə alınıb: “Çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub. 

Təcili tibbi yardım briqadası tərəfindən 2025-ci il təvvəllüdlü körpənin (oğlan) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
36
20
qafqazinfo.az

10Источники