Bakı. Trend:
2025-ci ildə Naxçıvan Muxtar Respublikasının xarici ticarətdövriyyəsi 130,1 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinəistinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,7% çoxdur.
Hesabat ilində muxtar respublika üzrə 13,6 milyon ABŞ dollarıdəyərində ixrac, 116,6 milyon ABŞ dolları məbləğində isə idxaləməliyyatları həyata keçirilib.
Bu göstəricilər 2024-cü illə müqayisədə müvafiq olaraq 28,4% və1,4% artıb.