RU

Daun sindromlu uşağa görə 77 milyonluq təzminat

Türkiyənin Diyarbəkir vilayətinin Ergani rayonunda Daun sindromlu doğulan körpənin ailəsi hamiləlik zamanı zəruri genetik müayinə və diaqnostik testlərin tövsiyə edilmədiyini və risk barədə məlumatlandırılmadıqlarını iddia edərək, həkim və özəl xəstəxanaya qarşı şikayətçi olub.

“Yeni Sabah” DHA-ya istinadən xəbər verir ki, ailə mediasiya prosesində tələb etdiyi 700 min TL-ni (27 min 500 manat) ödəməkdən imtina edən xəstəxana rəhbərliyinə qarşı “vəkillik münasibətindən yaranan maddi və mənəvi təzminat” iddiası qaldırıb.

Yerli məhkəmə ekspert rəyləri və Məhkəmə Tibb Ekspertizasının qiymətləndirmələri əsasında ailənin kifayət qədər məlumatlandırılmadığı qənaətinə gəlib. Məhkəmə maddi və mənəvi zərərə görə cəmi 77 milyon (təxminən 3 milyon 28 min manat) təzminat ödənilməsinə qərar verib.

Ailənin vəkili Fərhad Yiğit bildirib ki, müvəkkilinə hamiləliyin 11 və 14-cü həftələrində zəruri skrininq testləri təklif edilməyib. “Müvəkkilimiz uşağın sağlam olduğunu gözləyirdi. Doğumdan dərhal sonra uşağın daun sindromlu olduğu bildirildi və bunun hamiləlik zamanı xəbər verilmədiyini öyrəndik. Bu səbəbdən məsul şəxslərə qarşı hüquqi proses başladıldı,” – deyə Yiğit qeyd edib.

Körpənin atası Hüseyin Kızmaz bildirib ki, doğumdan əvvəl ailəyə uşağın sağlam olduğu bildirilib. Onun sözlərinə görə, uşağının daun sindromlu olduğunu doğum zamanı tibb bacısından öyrənib.

İlhamə Qasımlı


Telegram kanalımız
Избранный
135
yenisabah.az

1Источники