RU

London hava limanı drona görə uçuşları dayandırıb

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Avropanın ən işlək hava limanlarından biri olan Londonun Hitrou hava limanında şübhəli bir dronun görülməsi səbəbilə uçuş əməliyyatlarında müvəqqəti gecikmələr yaşanıb.

Təhlükəsizlik tədbiri olaraq qalxış və enişlər bir müddətlik dayandırılıb və bu da çoxsaylı reyslərin gecikməsinə səbəb olub.

"Cebheinfo.az" bildirir ki, “FlightRadar24”ün məlumatına görə, Sürixdən gələn İsveçrənin "Swiss Air" hava yolları şirkətinə məxsus LX324 reysli təyyarə enişdən əvvəl təxminən yarım saat havada gözlədikdən sonra yanacaq limitləri səbəbilə Gatvik hava limanına yönləndirilib.

Hava limanının sözçüsü bildirib ki, qısa fasilədən sonra əməliyyatlar normal qaydasına qayıdıb, lakin vəziyyət polis və hava yolu şirkətləri ilə birgə yaxından izlənilir.

Sosial şəbəkələrdə paylaşım edən bir çox sərnişin təyyarələrinin uçuş-enmə zolağı başında gözlədildiyini və pilotların “icazəsiz pilotsuz uçuş aparatı” (PUA) səbəbilə qalxış icazəsi ala bilmədiklərini bildirib.

Bəzi pilotların gecikmə zamanı gözləyən uşaqları kokpitə dəvət edərək vaxt keçirmələrinə şərait yaratdığı qeyd olunub.

Metropolitan Polisi dron operatorunun kimliyini müəyyənləşdirmək üçün radar qeydlərini və ərazidəki təhlükəsizlik kameralarını araşdırmağa başlayıb.

İngiltərə qanunlarına əsasən, hava limanlarının məhdudiyyət zonalarında dron uçurmaq beş ilə qədər həbs cəzası nəzərdə tutan cinayət sayılır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
107
1
cebheinfo.az

2Источники