RU

Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar : Dindirirlər

Azərbaycanın İrəvana təhvil verdiyi Vigen Euljekyan hərbi hospitaldan İstintaq Komitəsinə aparılıb.

Publika.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə erməni deputat Hayk Sarkisyan bildirib.

"İstintaq Komitəsi müvafiq prosedurları həyata keçirməlidir. İndi onun həyat yoldaşı Lindanın olduğu yerə gedib onunla görüşəcəyik", - deyə Sarkisyan bildirib.

Parlament üzvü qeyd edib ki, Vigen hərbi hospitalda müayinədən keçib. O, tamamilə sağlam hesab edilib və xəstəxanada müalicəyə ehtiyac duymayıb.

Qeyd edək ki, Vigen Euljekyan Şuşada əsir götürülmüş və 2023-cü ildə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Избранный
22
publika.az

1Источники