Bakı. Trend:
Ötən il DSMF tərəfindən 1.7 milyon vətəndaşa aylıq əsasla 803milyon manat sosial ödənişlər keçirilib.
Trend xəbərverir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyevbu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinədair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məbləğin böyük qismi əmək pensiyalarının(74 faizi), 14 faizi isə sosial ödənişlərin payına düşüb:
"Ötən il ödənişlərin 7 milyardan çoxu DSMF-nin hesabınaödənilib. Əhaliyə ödənişlər 2025-ci ildə 622 milyon manat artıb.2025-ci ildə Fondun xərcləri 7 milyard 518 milyon manat, gəlirlərisə 6.5 milyard manat məbləğində olub".