ABŞ-də150 metr hündürlükdən dənizə düşən paraplançı son anda xilas edilib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
ABŞ-nin Riviera-Biç bölgəsində istirahət edənlərin gözü qarşısında qorxulu anlar yaşanıb. Paraplançı 150 metr yüksəklikdən dənizə düşüb.
Hadisə 52 yaşlı Brayan Venqlartsın idarəetməni itirməsi nəticəsində baş verib.
Mühərrikin qəfil dayanması və güclü külək axını onu tarazlıqdan çıxarıb. O, sahildən təxminən 70 metr aralıda suya düşüb.
Hadisə yerində olan iki xilasedici və yaxınlıqdakı dalğıc dərhal köməyə tələsib.
Kişi hadisəni yüngül kəsiklər və sıyrıqlarla atladıb. Onu cırılmış kupol və avadanlıqdan azad edərək sahilə çıxarıblar.
Maraqlısı odur ki, paraplançı başına gələnlərdən şikayətlənməyib, yalnız suya batmış telefonunu xilas edə bilmədiyinə təəssüflənib.
Xuraman Etibarlı
İnterpress.az