RU

Türkiyəli iş adamları qətlə yetirilib

Reyting.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Efiopiyaya turist səfəri zamanı baş verən silahlı hücumda iki Türkiyə vətəndaşı - Ərdoğan Akbulak və Cengizhan Güngör həyatını itirib. Hadisə ilə bağlı yeni təfərrüatlar açıqlanıb.

Reyting.az xatırladır ki, insident Efiopiyanın Cənub Millətlər və Xalqlar Bölgəsində, Tum şəhəri yaxınlığındakı kənd ərazisində təşkil olunan safari zamanı baş verib. Bir qrup turistə edilən hücum nəticəsində üç nəfər həlak olub.

Həlak olanlar efiopiyalı sürücü və eyni qrupda səyahət edən iki türk iş adamıdır.

Qətlə yetirilən iş adamlarının safariyə qatılan dostu Tarık Hotamışlıgil hücum anını belə təsvir edib:

“Yeni bir mədəniyyətlə tanış olmaq, birlikdə şəkillər çəkmək və heyran qalmaq üçün Efiopiyaya getmişdik. Təəssüf ki, həyat buna imkan vermədi. Bizə atəş açdılar. Qaçmağı bacardıq, lakin nəqliyyat vasitəsinin təkərləri vurulduğu üçün onlar xilas ola bilmədilər. Bu gözəl insanları bir az pul və bir neçə əşya üçün öldürdülər. Ağrı və kədər çox böyükdür. Bu yaranın necə sağalacağını bilmirəm”.

Türkiyənin Əddis-Əbəbədəki səfiri Berk Baran da hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Efiopiyaya turist səfərində olan dörd Türkiyə vətəndaşı iki nəqliyyat vasitəsi ilə hərəkət edib. Səfir bildirib ki, ön nəqliyyat vasitəsində olan iki nəfər hücumdan xilas olmağı bacarıb.

Berk Baran əlavə edib ki, hücumçuların tapılması üçün Efiopiya hakimiyyəti tərəfindən aparılan istintaqın nəticələri gözlənilir.

O, həmçinin qeyd edib ki, hücumun baş verdiyi ərazi il ərzində çoxsaylı turist qrupları tərəfindən ziyarət olunur və bu bölgəyə gələnlər arasında türk turistlər də az deyil.

V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
86
reyting.az

1Источники