RU

Kolbasa və sosislərin tərkibində nə qədər ət olmalıdır?VİDEO

Kolbasa və sosis məhsulları gündəlik qida rasionunda tez-tez istifadə olunsa da, bu məhsulların keyfiyyəti və tərkibi ilə bağlı suallar artmaqdadır.

Xezerxeber.az xəbər verir ki, xüsusilə istehlakçıları narahat edən əsas sual məhsulun üzərində “ət məhsulu” yazılmasına baxmayaraq, tərkibində real olaraq nə qədər ət olmasıdır.

Maraqlıdır, alıcılar bu məhsulları alarkən əsasən nəyə diqqət edirlər?

Ölkədə kolbasa və sosislərin istehsalı dövlət standartları və texniki şərtlər əsasında tənzimlənir. Bu normalara görə məhsullar kateqoriyalara bölünür və hər kateqoriya üçün minimum ət faizi müəyyən olunur.

Sosislər isə kolbasalara nisbətən daha çox emal olunan məhsullardır. Standartlara görə, keyfiyyətli sosislərdə ən azı 50–60% ət olmalıdır. Ucuz sosislərdə bu göstərici 40%-dən aşağı ola bilər. Bəzi məhsullarda mexaniki ayrılmış ət, yəni sümüyə yaxın hissələrdən alınan kütlə istifadə edilir ki, bu da keyfiyyəti aşağı salır.

Qida mütəxəssisi Ağa Salamov deyir ki, kolbasa məhsullarının üzərindəki “Ət məhsulu” və ya “90 faiz ət təşkil edir” ifadəsi həmişə yüksək ət tərkibi demək deyil. Bunun doğruluğunu isə yalnız laboratoriya şəraitində müəyyən etmək mümkündür. Aşağı keyfiyyətli və ucuz məhsullarda isə ət tərkibi 30–60%, bəzi hallarda isə bundan da az ola bilər. Bu tip məhsullarda ətin yerini əsasən, soya zülalı, nişasta, un, su, dadlandırıcı və rəngləndirici maddələr və digər əlavələr tutur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
106
1
xezerxeber.az

2Источники