RU

Azərbaycanda məcburi sığorta üzrə 25 milyon manat ödənilib

Azərbaycanda
Keçən il Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi sığorta üzrə ödəmələri 25 milyon manat təşkil edib. 1news.az-ın müxbiri xəbər verir ki, bu barədə 2025-ci ilin yekunlarına dair mətbuat konfransında DSMF-in sədri Zaka Mirzayev məlumat verib.
Onun sözlərinə görə, 2025-ci ildə sığorta ilə bağlı ümumilikdə 11 min müraciət daxil olub:
“Eyni zamanda, 2 avqust 1997-ci il tarixindən əvvəl baş vermiş hadisələrlə əlaqədar əlilliyi müəyyən edilmiş 17 794 şəxsə birdəfəlik ödənişlər həyata keçirilib. Əlillik dərəcəsindən asılı olaraq, bu ödənişlərin məbləği 4 400, 6 600 və 8 800 manat təşkil edib. Ümumilikdə bu məqsədlər üçün 115,2 milyon manat vəsait xərclənib”, – deyə o qeyd edib.

Faiqə Məmmədova

Избранный
89
1news.az

1Источники