RU

Instagram “Dostlar” funksiyasını təqdim edir

Instagram yeni xüsusiyyət üzərində sınaq aparır. İzləyicilər və izlədikləri hesablar siyahısına əlavə olaraq, yalnız qarşılıqlı izləyicilərin görünəcəyi “Dostlar” siyahısı istifadəyə hazırlanır.

Missiya.Az xəbər verir ki, yeni funksiya profil sahibinə yalnız onu izləyən və eyni zamanda izlədiyi hesabları göstərir. Mövcud interfeysdə istifadəçilər “İzləyicilər” və “İzlədikləri” bölmələrini ayrıca görsələr də, test edilən versiyada diqqət qarşılıqlı əlaqəyə yönəldilib.

“Dostlar” siyahısı hələlik A/B test mərhələsindədir və bütün istifadəçilər üçün əlçatan deyil. Instagram funksiyanı daimi etmək və ya təqdimat formasını dəyişdirmək barədə istifadəçi rəylərinə əsaslanaraq qərar verəcək.

Seyranə Quliyeva

Missiya.Az

Избранный
39
missiya.az

1Источники