RU

“Mənim kimi təcrübəli məşqçinin millidə işləməsi daha yaxşıdır”

ain.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Millinin keçmiş qolkiperi Hüseyn Məhəmmədov “Karvan-Yevlax”dan ayrılıb.

Qapıçılar üzrə məşqçi olan mütəxəssis “Futbolpress.az”a açıqlamasında qərarını şərh etdi:

“Məşqçi dəyişikliyi oldu. Belə deyim, hər məşqçinin öz kollektivi var. Mən də öz istəyimlə klubdan ayrıldım. Çünki bizim də öz komandamız var və qala bilməzdim”.

Daha əvvəl U-16 yığmasında məşqçi işləyən Məhəmmədov milli ilə müqavilənin bitdiyini bildirdi. O, yenidən yığmada işləmək istədiyini qeyd etdi:

“Millidə müqavilələrimiz başa çatıb. Qərar verilənə qədər gözləyirik. Qərar verilərsə, əlbəttə, mənim kimi təcrübəli məşqçinin millidə işləməsi daha yaxşıdır. Hər məşqçinin arzusu yığmada çalışmaqdır. Bu, qürurvericidir. Müqaviləmiz bitib. Uzun illər yığmada, yaxşı klublarda oynamışam. Kifayət qədər təcrübəm var. İnşallah, qısa zamanda nəsə yenilik olar”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
68
futbolpress.az

1Источники