RU

Sabah hava necə olacaq? - PROQNOZ

Bakı.Trend:

Yanvarın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətidən Trend-ə verilən məlumataəsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkənbuludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi iləəvəz olunacaq.

Havanın temperaturu gecə -1 dərəcədən 3 dərəcəyədək, gündüz 6dərəcədən 10 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civəsütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkiledəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyigözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyiəsəcək.

Havanın temperaturu gecə -3 dərəcədən 2 dərəcəyədək, gündüz 6dərəcədən 11 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10dərəcəyədək, yüksək dağlıq ərazilərdə 15 dərəcədən -20 dərəcəyədək,gündüz -2 dərəcədən -5 dərəcəyədək olacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Избранный
60
42
az.trend.az

10Источники