RU

“ARB 24” telekanalında mütəmadi monitorinqlər keçirilir: İcraçı direktor

Bakı, 15 yanvar, AZƏRTAC

Dil böyük siyasi məna daşıyır və bu gün milli təhlükəsizlik məsələsi kimi dəyərləndirilir. Bu baxımdan xüsusilə televiziya məkanında dil normalarına riayət olunması son dərəcə vacibdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov deyib.

O bildirib ki, televiziya efirində rast gəlinən əsas problemlər daha çox tələffüz və vurğu ilə bağlıdır. Xüsusilə xəbər buraxılışlarında xarici adların və terminlərin düzgün tələffüzü ilə bağlı məsələlərə xüsusi diqqət yetirilməlidir.

“Canlı efirdə aparıcıların danışıq mədəniyyəti və ədəbi dil normalarına əməl etməsi mühüm əhəmiyyət daşıyır. Mövcud vəziyyəti yalnız tənqid etməklə deyil, eyni zamanda çıxış yolları göstərməklə düzəltmək mümkündür. Bu məqsədlə çatışmazlıqların aradan qaldırılması üçün “ARB 24” telekanalında mütəmadi olaraq monitorinqlər keçirilir. Eyni zamanda, orfoepik və orfoqrafik normalarla bağlı lüğətlər redaktorlarımıza təqdim edilib. Jurnalistlər isə dil mədəniyyətinin artırılması məqsədilə mütəmadi təlimlərə cəlb olunur”,-deyə R.İsmayılov vurğulayıb.

Избранный
54
1
azertag.az

2Источники