RU

İran müharibənin astanasında ABŞ bazaları boşaldılır

ain.az, Bakupost portalına istinadən məlumat yayır.

İran, ölkədəki etirazları yatırmaq üçün təhlükəsizlik tədbirlərini gücləndirərkən, ABŞ ilə qarşılıqlı xəbərdarlıqların artması səbəbindən savaşın müharibənin bir addımlığına gəlib.Bakupost.az xəbər verir ki, ABŞ ordusu ehtiyat tədbiri olaraq Qətərin el-Udeyd hava bazası da daxil olmaqla bölgədəki bor çox hərbi bazalardan yüzlərlə hərbçi və personalı geri çəkməyə başlayıb. ABŞ rəsmiləri bu addımın mümkün ssenarilərə qarşı atıldığını açıqlayıb.Eyni zamanda, İranlı rəsmi şəxslər də bölgə ölkələri ilə diplomatik əlaqələri gücləndirərək açıq hərbi qarşıdurmanın qarşısını almağa çalışır. Rejimin lideri Əli Xemeneinin müşaviri Əli Şamxani 12 günlük müharibədə ABŞ hava bazasının vurulmasını xatırladıb və bunu İranın cavab vermə qabiliyyəti adlandırıb.İran İslam İnqilabı Könüllüləri Korpusunun (SEPAH) Baş Komandanı general Məhəmməd Pakpur qüvvələrinin yüksək səviyyəli hazırlıqda olduğunu təsdiqləyib. SEPAH-ın keçmiş komandiri Möhsün Rzayi regionun daha geniş bir qarşıdurmaya sürüklənməməsi barədə xəbərdarlıq edib. Korpusun raket qüvvələri komandanı general Məcid Musəvi isə mümkün hücumlara qarşı silah anbarlarının və hazırlıqların artırıldığını açıqlayıb.Avropa Birliyi isə diplomatik variantların hələ masada olduğunu vurğulasa da, bu tədbirlərin təsirinin məhdudluğunu bildirib.Ölkədəki etirazlar və zorakılıqların nəticəsi olaraq, Tehran və digər şəhərlərdə həyatını itirən onlarla təhlükəsizlik qüvvəsinin dəfn mərasimləri keçirilib. Etirazlar zamanı ölənlərin sayı ilə bağlı fərqli rəqəmlər var. Ehtimallara görə, bu rəqəm 2 min ilə 20 min arasında dəyişir.Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
38
www.bakupost.az

1Источники