RU

2026-cı ilin çanta trendləri açıqlandı: Böyük ölçülər və iddialı detallar ön plandadır

2026-cı ildə çanta dəbi həm funksionallığı, həm də fərdi üslubu ön plana çıxarır.


Pravda.az bildirir ki, yeni mövsümdə çantalar sadəcə aksessuar deyil, obrazın əsas tamamlayıcısına çevrilir. Nostalji üslub müasir toxunuşlarla birləşir, klassik modellər isə yenilənmiş formada geri qayıdır.


Bu ilin ən diqqətçəkən trendlərindən biri böyük və praktik çantalardır. Gündəlik istifadəyə uyğun bu modellər həm rahatlıq, həm də dəbli görünüş vəd edir. Eyni zamanda 2000-ci illərin əvvəllərini xatırladan klassik dizaynlar yenidən dəb səhnəsinə çıxır.


Çantalarda metal zəncir detallar xüsusi yer tutur. Bu detal sadə modellərə belə daha iddialı hava qatır. Qapaqlı çantalar klassik formalarını qoruyaraq müasir üslubla təqdim olunur.


2026-cı ildə minimalist yanaşmadan uzaqlaşılan başqa bir trend isə teksturalı, bəzəkli və diqqətçəkən çantalardır. Bu modellər sadə geyimləri belə daha enerjili və fərqli göstərir.


Yeni mövsümün çanta trendləri funksionallıqla estetik görünüşü birləşdirərək, şəxsi üslubunu vurğulamaq istəyənlər üçün geniş seçim imkanları yaradır.


Əminə Bayramova 

Tarix: 15 Yanvar 2026, 13:46   
Избранный
140
pravda.az

1Источники