RU

Xameneinin oğlu gizli yollarla pullarını Dubaya köçürüb

İranın Ali dini rəhbəri Seyid Əli Xameneinin oğlu Müctəba Xamenei son iki gün ərzində Dubaydakı hesablarına təxminən 1,5 milyard dollar köçürüb.

Missiya.Az xəbər verir ki, bu barədə İsrailin “Kanal 14” telekanalı məlumat yayıb.

Bildirilib ki, bu əməliyyatlar ənənəvi bank şəbəkəsi vasitəsilə deyil, kriptovalyuta istifadə olunaraq həyata keçirilib. Təkcə Müctəba Xamenei 1 ünvana təxminən 328 milyon dollar göndərib.

Qeyd olunub ki, son günlər İranın beş böyük bankı iflas həddinə yaxınlaşıb. Bunlar arasında SEPAH ilə birbaşa əlaqəli “Sepah Bank” da yer alır. Maliyyə köçürmələri fonunda ölkədə kütləvi etirazlar və iqtisadi böhran diqqət çəkir.

Daşqın HəsənovMissiya.Az

Избранный
24
1
missiya.az

2Источники