RU

Rusiya Ukraynaya növbəti dəfə zərbələr endirib

Rusiya yanvarın 15-i gecə saatlarında Ukraynanın enerji infrastrukturuna yeni zərbələr endirib, nəticədə Xarkov və Jitomir vilayətlərindəki yaşayış məntəqələri elektriksiz qalıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" ölkənin Energetika Nazirliyinə istinadən məlumat yayıb.

"Rusiya növbəti dəfə enerji infrastrukturuna zərbələr endirdi. Nəticədə Jitomir və Xarkov vilayətlərində istehlakçılar elektriksiz qalıb", - məlumatda bildirilib.

Qurumdan qeyd edilib ki, qəza-bərpa işləri davam etdirilir.

"Cebheinfo.az"

Избранный
104
cebheinfo.az

1Источники