RU

İran milli dəstəklə öz ərazisini var gücü ilə müdafiə edəcək – Xarici işlər naziri

Bakı. Trend:

İran milli dəstəyə arxalanaraq ölkə ərazisini bütün xaricitəhdidlər qarşısında var gücü ilə müdafiə edəcək.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas ƏraqçiSəudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl Bin Fərhanla telefonsöhbətində deyib.

Onun sözlərinə görə, ölkədə baş verən dinc etirazlar 8-10 yanvartarixində təşkilatlanmış terror qrupları tərəfindən iğtişaşlaraçevrilib. Ölkələrin daxili məsələlərinə xarici müdaxilələr müxtəlifproblemlərin yaranması ilə nəticələnir. Region ölkələrinin daxiliməsələlərində xarici müdaxilələrin beynəlxalq səviyyəsindəqınanılması əhəmiyyət kəsb edir.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl Bin Fərhan daregionda gərginliyin artması ilə əlaqədar mənfi nəticələr vəregionun hazırkı vəziyyətindən nigaranlığını bildirib və bölgədəsülhün qorunması məqsədilə regional əməkdaşlıq və diplomatikvasitələrdən istifadənin olunmasının əhəmiyyətini qeyd edib.

Telefon söhbətində iki ölkənin xarici işlər nazirləri ikitərəflimünasibətlər, regional və beynəlxalq məsələlər haqda fikirmübadiləsi aparıb və bölgədə sülhün qorunması üçün birgə səylər vədavamlı məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeydediblər.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Избранный
32
1
az.trend.az

2Источники