RU

Mikayıl Cabbarov Vyetnamın "VinFast" şirkətinin rəhbəri ilə görüşdü

İqtisadiyyat naziri Mikayıl Cabbarov Vyetnamın "VinFast" şirkətinin İdarə Heyətinin sədri Le Thi Thu Thuyun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Missiya.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib:

"Vyetnamla iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində biznes dairələri ilə əməkdaşlıq, dayanıqlı inkişaf prioritetləri, ölkəmizin əlverişli işgüzar mühiti barədə fikirlərimizi bölüşdük. Elektrik avtomobillərin istehsalı sahəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirdik".

Избранный
132
missiya.az

1Источники