RU

Aİ Azərbaycanın Ermənistana təhvil verdiyi şəxsləri alqışlayıb

Avropa İttifaqı (Aİ) Azərbaycanın Vaqif Xaçatryan, Gevorq Sujyan, David Davtyan və Vigen Eulcekyanı Ermənistana təhvil verməsini müsbət qiymətləndirib.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə xüsusi nümayəndəsi Anita Hipper “X” sosial şəbəkəsində bildirib ki, bu addım Ermənistan-Azərbaycan sülh prosesində irəliyə doğru mühüm addımdır.

Hipper qeyd edib ki, Aİ iki ölkə arasında gələcək müsbət addımları dəstəkləməyə davam edəcək.

Aytac 

Избранный
95
18
anews.az

10Источники