RU

Kosmos tarixində İLK tibbi təxliyə FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

“SpaceX Crew Dragon” kapsulundakı dörd astronavt adı açıqlanmayan heyət üzvünün xəstələnməi səbəbindən evə qaytarılıb.Bizim.Media xəbər verir ki, astronavtlar Yerə "tibbi təxliyə" əməliyyatı ilə qayıdıblar.Bu da 65 illik insan kosmik uçuşu tarixində ilk dəfə həyata keçirilib.Adı açıqlanmayan “Crew-11” ekipaj üzvünün tibbi müayinə üçün evə gətirilməsi il bağlı bir həftəlik səylər başa çatıb. Astronavtlar cümə axşamı səhər tezdən Sakit Okeana eniş edib.CNN-in məlumatına görə, heyət çərşənbə günü Şərq vaxtı ilə saat 17:20-də kosmik gəmi ilə Beynəlxalq Kosmik Stansiyadan yola düşüb və 10 saatlıq səyahəti başa vurub.“Crew-11” komandasının bir hissəsi olan astronavtlar cümə axşamı günü Şərq vaxtı ilə səhər saat 3:40-dan qısa müddət sonra San Dieqo sahillərinə eniş ediblər. Komanda tezliklə yaxınlıqda üzən bir neçə delfin tərəfindən qarşılanıb.NASA ötən həftə kosmik agentliyin tibbi problem səbəbindən planlaşdırılan kosmosa uçuşun ləğv etdiyini elan etməsindən sonra “Crew-11” astronavtlarını evə qaytarmaq qərarına gəlib.Lakin NASA səhhətində problem yaranan ekipaj üzvünün adını açıqlamayıb.Ləğv edilən kosmosa uçuş “Crew-11” komandasının üzvləri olan NASA-nın astronavtları Mayk Finke və Zena Cardman tərəfindən həyata keçiriləcəyi bildirilirdi.Onlar Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyindən komanda yoldaşları Kimiya Yui və Roskosmosdan rusiyalı kosmonavt Oleq Platonov ilə birlikdə Yerə qayıdıblar.Ekipaj əvvəlcə onların əvəzedici heyəti olan “Crew-12” komandası əməliyyatları öz üzərinə götürmək üçün gəldikdən sonra fevralın ortalarında kosmik stansiyadan ayrılmağı planlaşdırırdı. Lakin NASA səhhətində problem yaranan ekipaj üzvünün adını açıqlamayıb.“Crew-11” astronavtlarının erkən yola düşməsi nəticəsində futbol meydançası böyüklüyündə kosmik stansiyada yalnız üç heyət üzvü qalıb: iki rusiyalı kosmonavt Sergey Kud-Sverçkov və Sergey Mikayev, eləcə də Rusiya ilə birgə uçuş müqaviləsi çərçivəsində orbit laboratoriyasına uçan NASA astronavtı Kris Uilyams.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
13
1
bizim.media

2Источники