RU

Rusiyanın keçmiş əmək nazirinin müavini Moskvada ölü tapılıb

Aleksandr Sklyarın Yeni Moskada yerləşən fərdi evində meyiti aşkarlanıb...

Poliqon xəbər verir ki, Rusiyanın əmək və sosial müdafiə nazirinin sabiq müavini Aleksey Sklyarın Yeni Moskada ölü vəziyyətdə tapılıb. İlkin məlumata görə, o, intihar edib. Bu barədə TASS Agentliyi operativ xidmətlərdəki mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Aleksey Sklyarın meyiti yanvarın 15-i səhər saatlarında Filimonkovskoye qəsəbəsində yerləşən şəxsi evində aşkar edilib. “MK” nəşrinin məlumatına əsasən, keçmiş məmur ölümündən əvvəl “Telegram” kanalında vida qeydi paylaşıb və orada baş verənlərə görə həyat yoldaşını günahlandırıb. “Moskva” agentliyi isə bildirib ki, hadisə yerinə gələn təcili yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları meyitin yanında tapança aşkar ediblər.

Baza nəşri yazır ki, Sklyarın dul həyat yoldaşı Yuliya jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib. O, hazırda güclü emosional sarsıntı keçirdiyini bildirib. Ailəyə yaxın mənbələrin sözlərinə görə, son bir neçə il ərzində cütlük arasında qısqanclıq zəminində ciddi münaqişələr və mübahisələr yaşanıb.

Qeyd edək ki, Aleksey Sklyar 50 yaşında olub. O, 2018–2022-ci illərdə Rusiyanın əmək və sosial müdafiə nazirinin müavini vəzifəsində çalışıb və əsasən informasiya sistemlərinin fəaliyyəti, eləcə də dövlət xidmətlərinin elektron formada təqdim olunmasına nəzarət edib. Baş nazir Mixail Mişustinin onun vəzifədən azad olunması ilə bağlı sərəncamında Sklyarın postunu öz istəyi ilə tərk etdiyi qeyd olunmuşdu.

Poliqon.info

Избранный
93
poliqon.info

1Источники