Bakı. Trend:
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubad rayonunun Düylünkənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.
Trend xəbərverir ki, görüşdə Yeni Azərbaycan Partiyasının Ordubad rayontəşkilatının sədri Ehtibar İsmayılov da iştirak edib.
Deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərinidinləyib, onları maraqlandıran sualları cavablandırıb.
Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.
Milli Məclisin deputatı, eyni zamanda, Düylün kəndində Şəhidlərxiyabanını da ziyarət edib.