RU

Toy günü üçün ideal gəlin makiyajı: vacib məsləhətlər

Toy günü hər gəlinin arzusu makiyajının gün boyu təravətli qalması və axmamasıdır.


Pravda.az bildirir ki, düzgün tətbiq edilən makiyaj həm təbii görünür, həm də uzun müddət davamlı olur.


Stilistlərin tövsiyəsinə görə, makiyajdan əvvəl dərinin hazırlanması xüsusi əhəmiyyət daşıyır. Pilinq və nəmləndirmə mərhələləri dərinin hamar görünməsini təmin edir və tonal məhsulların daha yaxşı oturmasına kömək edir.


Makiyajın nəticəsini görmək üçün onu təbii işıqda yoxlamaq tövsiyə olunur. Bu, rənglərin üzə uyğunluğunu daha aydın göstərir. Eyni zamanda, gəlinlərin əvvəlcədən istədikləri üsluba dair nümunələr seçməsi düzgün makiyajın planlaşdırılmasını asanlaşdırır.


Göz makiyajında daha davamlı nəticə üçün süni kirpiklərə üstünlük verilməsi məsləhət görülür. Göz kölgələrində isə açıq tonlardan tünd tonlara doğru mərhələli keçid daha balanslı görünüş yaradır.

 

Allıq (yanaq boyası) seçimində krem məhsullar daha təbii effekt verdiyi üçün gəlin makiyajında tez-tez istifadə olunur. Dodaqlar üçün isə gün boyu rahatlıq verən və gəlinin özünü yaxşı hiss etdiyi dodaq boyasının seçilməsi tövsiyə edilir.


Mütəxəssislər vurğulayır ki, uğurlu gəlin makiyajının əsas şərti təbiilik, davamlılıq və rahatlıqdır. Bu məsləhətlərə əməl etməklə toy günü istənilən görüntünü əldə etmək mümkündür.


Əminə Bayramova 

Tarix: 15 Yanvar 2026, 15:02   
Избранный
106
pravda.az

1Источники