RU

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bakı.Trend:

Yanvarın 17-si gündüzdən 22-dək ölkə ərazisində hava şəraitininyenidən yağıntılı olacağı, bəzi ərazilərdə sulu qar, dağlıq vədağətəyi rayonlarda isə qar yağacağı gözlənilir.

Bunu Trend-əaçıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəis müaviniGülnarə Abbasova bildirib.

O qeyd edib ki, yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyiehtimal olunur. Bəzi ərazilərdə şimal-qərb küləyinin güclənəcəyigözlənilir.

"Bu müddət ərzində Bakıda və Abşeron yarımadasında da havanınyağıntılı olacağı və yağıntıların sulu qara keçəcəyigözlənilir.

Havanın temperaturu ölkə ərazisində ötən günlərlə müqayisədətədricən 5-8 dərəcə enərək, minimal temperatur Bakıda və Abşeronyarımadasında 0-2 dərəcə isti, dağətəyi rayonlarda 3 dərəcəyədək,dağlıq rayonlarda 5-10, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcəşaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda bəzi yollar buzbağlayacaq”.

Избранный
108
49
az.trend.az

10Источники