RU

Hansı ölkələrin vətəndaşları Şəkiyə daha çox maraq göstərir?

Şəki, 15 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Ötən il Şəki rayonundakı hotel və mehmanxana tipli müəssisələrdə 19 min 385 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 15 min 300 nəfəri Azərbaycan, 4 min 85 nəfəri isə xarici ölkə vətəndaşı olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə Şəkinin hotel və mehmanxana tipli müəssisələrinə yerləşdirilən yerli və əcnəbi turistlərin sayı əvvəlki illə müqayisədə 4120 nəfər və ya 26,7 faiz artıb. Bu dövrdə hotel və mehmanxanalarda yerləşdirilən xarici turistlər arasında Çin, Hindistan, Rusiya, Türkiyə, Koreya, Hollandiya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri və Kanadadan olanlar üstünlük təşkil edib.

Keçən il Şəkidə 15 hotel və mehmanxana tipli obyekt fəaliyyət göstərib.

Избранный
170
azertag.az

1Источники