Baku.ws saytına istinadən ain.az xəbər verir.
2025-ci ildə Azərbaycanda ən çox dinlənilən müğənnilərin və reperlərin siyahısı yayılıb.
BAKU.WS xəbər verir ki, ümumi siyahıda Xalq artisti Röya Ayxan ilk pillədə qərarlaşıb.
Bu barədə "25trend" səhifəsi məlumat yayıb.
Qeyd edilib ki, sonrakı pillərlərdə isə müğənni Üzeyir Mehdizadə, Xalq artisti Aygün Kazımova, müğənni Miro, reper Orxan Zeynallı və müğənni Çinarə Məlikzadə yer alıb.
Müğənnilər arasında yenə ən çox dinlənilən Xalq artisti Röya Ayxan və müğənni Üzeyir Mehdizadə olub. Daha sonra isə siyahıda Xalq artisti Aygün Kazımova, müğənnilər Miro, Çinarə Məlikzadə və Xalq artisti Miri Yusif qərarlaşıb.
Reperlər arasında isə ən çox dinlənilən Orxan Zeynallı olub. Reperlər Payam Türk və Xpert isə 2-ci və 3-cü yerlərdə qərarlaşıblar. Reper Paster siyahıda 4-cü, Okaber isə 5-ci yerdə qərarlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.