GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Lənkəran-Astara Regional Filialına (Masallı, Yardımlı, Cəlilabad) yeni direktor təyin olunub.
Globalinfo.az bildirir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Fondun İdarə Heyətinin sədri Zəka Mirzəyevin müvafiq əmri ilə Ramal Kamal oğlu Quliyev 2 saylı Regional Filialın direktoru vəzifəsinə gətirilib.
Məlumata əsasən, əvvəlki direktor Aygül Səfərli tutduğu vəzifədən azad edilib və o, hazırda hər hansı vəzifəyə təyin olunmayıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.