RU

"Qarabağ"dan ayrıldı, bu kluba keçdi - RƏSMİ

"Qarabağ"dan ayrılan vingerin yeni iş yeri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, söhbət əvəzedici komandasında çıxış etmiş Ayaz Mikayılovdan gedir.

Ötən ilin sentyabrında Ağdam təmsilçisindən ayrılan Ayaz karyerasını 2-ci Liqanın lideri "Qaradağ Lökbatan"da davam etdirəcək. Məlumatı Lökbatan komandasının baş məşqçisi Qəzənfər Abbasov təsdiqləyib.

Ötən mövsümün yekununda 1-ci Liqada sonuncu yeri tutaraq aşağı diviziona yuvarlanan qəsəbə klubunun hazırda 39 xalı var. "Qaradağ Lökbatan" 2-ci yerdəki "Xankəndi"ni əlavə göstəricilərə görə qabaqlayır.

Nihat

Избранный
7
1
fanat.az

2Источники