İngiltərə Liqa Kubokunun 1/2 finalının dünən öz meydanında çıxdığı ilk oyununda "Arsenal"a 2:3 hesabı ilə uduzan "Çelsi"nin baş məşqçisi Liam Rosenyor matçın ardından fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, onun sözlərini "zadəganlar"ın rəsmi saytı belə çatdırıb:
"Verdiyim tapşırılqarı yerinə yetirməyə çalışan oyunçuların cəsarəti ilə qürur duyuram. Altı gündür ki, buradayam. Komanda qələbə qazanacaq qədər güclüdür, amma bəzi şeyləri dəyişməliyəm. Belə olmasaydı, "Çelsi" ilə müqavilə bağlamağa dəyməzdi. İstəyirəm ki, yüksək templə mübarizə aparaq, meydanda dominantlıq edək.
Bu gün oyun qurmağımız, topa nəzarətimiz, əks-hücumlarda təhlükəli görünməyimniz çox xoşuma gəldi. Eləcə də yaxşı müdafiə olunurduq. Əlbəttə, yenildiyimiz üçün sevinə bilmərəm, lakin hazırlıq zamanı oyunçulara göstərmək və onların inkişafına yardımçı olmaq üçün çox şey var".
Tərəflərin cavab qarşılaşması fevralın 3-də baş tutacaq.
Nihat