RU

Əməkdar hüquqşünas vəfat edib

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rafael Qvaladze uzun sürən xəstəlikdən sonra vəfat edib

Konstitusiya Məhkəməsinin sabiq hakimi, Əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze yanvarın 15-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Konstitusiya Məhkəməsindən AYNA.AZ-a verilən məlumata görə, o Azərbaycanın görkəmli hüquqşünası kimi hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurla çalışıb, ömrünün 50 ilindən çoxunu ölkəmizdə məhkəmə hakimiyyətinin həyata keçirilməsinə həsr edib.

“Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Səmimiliyi və təvazökarlığı ilə hörmət qazanmış, yüksək insani keyfiyyətlərə malik ədalətli hakim Rafael Qvaladzenin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
1
ayna.az

9Источники