RU

"Qaradağ Lökbatan" 5 yeni futbolçu ilə gücləndi - ADLAR

2-ci Liqanın lideri "Qaradağ Lökbatan" bugündən mövsümün qalan bölümünə hazırlığa başlayıb.

Komandanın baş məşqçisi Qəzənfər Abbasovun Fanat.Az-a verdiyi məlumata görə, qəsəbə təmsilçisi artıq 5 yeni futbolçu ilə də güclənib.

"Cəbrayıl"dan qapıçı Fərman Bayramovu rənglərinə bağlayan klub "Quba"dan İbrahim Ağayarovu, "Şəmkir"dən İlkin Əliyevi, MOİK-dən Tural Haqverdiyevi transfer edib. Ötən ilin sentyabrında "Qarabağ"ın əvəzedici komandası ilə vidalaşan 20 yaşlı vinger Ayaz Mikayılov da sözügedən kollektivin sıralarına cəlb olunub.

Qeyd edək ki, hazırda 39 xalı olan "Qaradağ Lökbatan" 2-ci yerdəki "Xankəndi"ni əlavə göstəricilərə görə qabaqlayır.

Nihat

Избранный
123
1
fanat.az

2Источники