Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində yerləşən Bakı Slavyan Universitetinə aid, keçmiş məcburi köçkünlərin yaşadığı yataqxana binasında yanğından 30 nəfər bina sakini təxliyə edilib, 3 nəfər xilas olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Yanğınsöndürmə qərargahının rəisi İlqar Nəsibov jurnalistlərə açıqlamasında deyib.
“Hadisə zamanı xəsarət alan olmayıb, yanğının baş vermə səbəbi məlum deyil. Səbəb barədə araşdırmadan sonra məlumat veriləcək”, qərargah rəisi əlavə edib.