RU

Britaniya Qrenlandiyaya cəmi bir hərbçi göndərib

Bakı. Trend:

Böyük Britaniya Danimarkanın müraciəti əsasında “ArktikDözümlülük” (Arctic Endurance) adlı hərbi təlimlərin hazırlığındaiştirak etmək üçün öz Silahlı Qüvvələrinin nümayəndəsiniQrenlandiyaya göndərib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziriKir Starmerin ofisi məlumat yayıb.

Bildirilir ki, britaniyalı hərbçi təlimlərin başlanmasıərəfəsində adaya göndərilmiş NATO üzvü olan digər ölkələrin hərbiqulluqçularından ibarət qrupa qoşulacaq.

Starmerin ofisinin nümayəndəsi qeyd edib ki, rəsmi London ABŞPrezidenti Donald Trampın Qrenlandiyaya Çin Xalq Respublikası vəRusiya tərəfindən mövcud olan təhlükə ilə bağlı narahatlığınıbölüşür.

“Biz Prezident Trampın Uzaq Şimalda təhlükəsizlik vəziyyəti iləbağlı narahatlığını bölüşürük. NATO və Birləşmiş EkspedisiyaKorpusu Uzaq Şimalda təhlükəsizliyi gücləndirir”, – deyə ovurğulayıb.

Britaniya hökumətinin nümayəndəsi əlavə edib ki, bu təlimlərinkeçirilməsi Qrenlandiyanın təhlükəsizliyinin artırılmasınınyollarından biridir.

Məqalədə:
Избранный
66
1
az.trend.az

2Источники