RU

Rusiyada DİN in təlim mərkəzində qumbara partlayıb, kursantları xəsarət alıb

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Rusiyanın Sıktıvkar şəhərində işıq-səs qumbarasının partlaması nəticəsində xəsarət alanların hamısının Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Peşə Hazırlığı Mərkəzinin kursantları olduğu bildirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı respublika üzrə DİN baş idarəsinin mətbuat xidmətinə istinadən xəbər verib.

Agentliyin mənbəsinin sözlərinə görə, mərkəz adi rejimdə fəaliyyətini davam etdirəcək. Belə ki, yanğın yalnız akt zalının yerləşdiyi bir korpusda baş verib, digər binada yerləşən tədris auditoriyaları isə zərər görməyib.

“Xəsarət alanların hamısı mərkəzin kursantlarıdır, onlar DİN sisteminin əməkdaşlarıdır”, — deyə DİN-in mətbuat xidmətinin nümayəndəsi bildirib.

Yanvarın 15-də SHOT Telegram kanalı Sıktıvkarda Rusiya DİN-in Peşə Hazırlığı Mərkəzində partlayışın baş verdiyini yazıb.

Partlayışdan sonra binanın damı yanmağa başlayıb. Fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasına 56 xilasedici və 16 texnika cəlb olunub. Qeyd edilir ki, hazırda yanğın lokallaşdırılıb.

Qaadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
17
bizimyol.info

1Источники