RU

Brüsseldə müdafiə nazirlərinin görüşü keçiriləcək

ain.az, Reyting.az portalına istinadən məlumat yayır.

Fevralın 12-də Brüsseldə NATO ölkələrinin müdafiə nazirlərinin görüşü keçiriləcək.

Reyting.az xəbər verir ki, bunu Şimali Atlantika Alyansının mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, görüşə NATO-nun baş katibi Mark Rutte sədrlik edəcək.

Nazirlərin görüşü geosiyasi gərginliyin artması və Alyans üçün daxili çətinliklər fonunda keçiriləcək. Bunlardan biri Qrenlandiya ilə bağlı müzakirələrin güclənməsidir.

Görüş üçün digər vacib kontekst Yaxın Şərqdəki, xüsusən də İran ətrafındakı vəziyyətdir.

Görüş həmçinin Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh danışıqları və ayrı-ayrı NATO-ya üzv dövlətlərin Ukraynaya təhlükəsizlik zəmanətləri vermək planları fonunda reallaşacaq.

E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
54
reyting.az

1Источники