RU

Bakıda 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirdi

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakının Sabunçu rayonunda 1988-ci il təvəllüdlü İlqar ailə münaqişəsi zəminində qeyri-rəsmi münasibətdə olduğu İlhaməyə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 6-da rayonun Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində baş verib. Sabirabad rayon sakini İlqar həmin gün saat 21 radələrində yaşadıqları evin qonaq otağında İlhamə ilə mübahisə edib. İlhamənin onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz və boyun nahiyələrindən bir neçə dəfə vurub. Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi nömrəsiz ünvanda ailəsi ilə birgə yaşayır: “2015-ci ildə İlhamə ilə nikahdan kənar ailə həyatı qurmuşam və beş azyaşlı övladlarımız olub. Tez-tez qısqanclıq zəminində mübahisələr etmişik. 2025-ci ildə axşam saatlarında yaşadığımız evdə olarkən mobil telefonuma ismarıc gəldi. İlhamə isə qısqanclıq edərək həmin ismarıcın sevgiyə aid olduğunu düşündü və mənimlə sözlə mübahisə etdi”.Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin iyunun 6-da, təxminən saat 21 radələrində evə gəlib: “Evin qonaq otağında olarkən, İlhamə həmin şəxslə danışdığını və vaxti ilə ona elçi getdiyini deyərək öz iradlarını bildirməyə başladı. Mənim ünvanıma nalayiq ifadələr işlətdi. Bu zaman aramızda mübahisə yarandıqda qəzəblənərək əlim ilə onun boyun və üz nahiyələrindən zərbələr vurdum. Sonra isə İlhamə hadisə barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verdikdə təxminən 2-3 dəqiqə davam edən mübahisələrimiz bitdi”.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İlqar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. Ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Həmçinin təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.Fariz Məlikli

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
38
demokrat.az

1Источники