RU

Azərbaycanda bu media qurumunun binası boşaldılır

Bir sıra redaksiyaların rəhbərləri Azərbaycan Nəşriyyatında yaranmış vəziyyətlə bağlı narahatlıqlarını bölüşüblər.

NOCOMMENT.az xəbər verir ki, onların verdiyi məlumata görə, nəşriyyat rəhbərliyi redaksiyalara fevral ayının 1-dək yerləşdikləri ofisləri təhvil vermələri barədə xəbərdarlıq edib.Redaksiya rəhbərlərinin sözlərinə görə, əsas problem ondan ibarətdir ki, ofislərin boşaldılması tələbi ilə yanaşı, onlara alternativ bina və ya yeni iş yeri təklif olunmayıb. Bu isə uzun illərdir nəşriyyat binasında fəaliyyət göstərən media qurumlarının işində ciddi çətinliklər yaradır.Məsələ ilə bağlı redaksiya nümayəndələri bildiriblər ki, qəfil köçürülmə tələbi redaksiyaların gündəlik fəaliyyətinə, texniki imkanlarına və arxiv materiallarının təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Onlar hesab edirlər ki, media orqanlarının yerləşdirilməsi ilə bağlı əvvəlcədən uyğun şərait yaradılmadan belə qərarların verilməsi yolverilməzdir. Hazırda redaksiyalar aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini, həmçinin onlara alternativ iş məkanlarının ayrılmasını gözləyirlər.

Mövzu ilə bağlı Azərbaycan Nəşriyyatının rəsmi mövqeyini öyrənməyə çalışırıq. /AzTimes.az/

Избранный
159
1
nocomment.az

2Источники