RU

Məcburi köçkünlərə verilən imtiyazların müddəti uzadılmalıdır Tural Abbaslı

Demokrat.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Böyük qayıdış prosesi çərçivəsində düşünürəm ki, imtiyazlar daha uzunmüddətli olmalıdır və insanların geri qayıtması real şəkildə stimullaşdırılmalıdır. Bu stimullar həm iş yerləri, həm güzəştli kreditlər, həm də vergi azadolmaları və digər sosial mexanizmlər vasitəsilə genişləndirilməlidir ki, insanlar həmin ərazilərdə yaşamağa maraq göstərsin".Bu sözləri Demokrat.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib."Biz bu torpaqları minlərlə şəhid verərək geri almışıq ki, orada həyat bərpa olunsun, yaşayış olsun, torpaqlar yenidən nəfəs alsın. Əgər həmin ərazilər boş qalacaqsa, bu fədakarlıqların mənası itmiş olar".O bildirib ki, bu baxımdan əgər insanlar narazıdırsa və daha çox imtiyaz tələb edirsə, xüsusilə Ağalı kəndi kimi yaşayışın artıq bərpa olunduğu yerlərdə bu müddətlər uzadılmalı və daha uyğun şərait yaradılmalıdır:"Təkcə Ağalı deyil, digər kəndlərdə də stimullaşdırıcı addımlar daha uzunmüddətli və daha həssas yanaşma ilə həyata keçirilməlidir".Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
81
demokrat.az

1Источники