RU

İndi içki içmək üçün əla vaxtdır- Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas

Avropa Parlamentindəki siyasi qrup liderləri ilə danışan Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas, mövcud qlobal vəziyyəti nəzərə alaraq, indi içməyə başlamaq üçün “əla vaxt” ola biləcəyini söyləyib.

Görüşdə iştirak edən iki nəfərin sözlərinə görə, Kallas Avropa Parlamentindəki siyasi qrup liderlərinə zarafatla bildirib ki, qlobal hadisələr nəzərə alınmaqla özü çox içməsə də, indi başlamaq üçün yaxşı vaxt ola bilər. Onun şərhləri aparıcı Avropa Parlamentinin üzvləri Yeni il təbriklərini mübadiləsinə başladıqdan sonra verilib. Mənbələr əlavə ediblər ki, görüşdə iştirak edənlərin sözlərinə görə, qlobal hadisələr ümumi nikbinliyə səbəb olmayıb.

“Politico” qeyd edir ki, elan Qrenlandiya və Danimarka xarici işlər nazirlərinin Donald Trampın adanı ələ keçirmək təhdidləri ilə bağlı ABŞ vitse-prezidenti J.D. Vance və dövlət katibi Marko Rubio ilə görüşdüyü vaxta təsadüf edir.

//Samir Qurbanov, Editor.az

Избранный
87
editor.az

1Источники